VACANCIES

Təşkilatçı

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də Təşkilatçı vəzifəsi üçün vakansiya mövcuddur.

 

İş rejimi: 09:00-18:00 (həftədə 40 saat)

Tələb olunan təhsil səviyyəsi:

  • XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Təşkilatçı” vəzifəsini daşıyan şəxsin ali təhsilə sahib olması tələb edilir.

Tələb olunan bilik və bacarıqlar:

  • təlim və tərbiyənin, asudə vaxtın və əyləncələrin təşkilinin müasir metodlarını,
  • elm, texnika, mədəniyyət və incəsənətin nailiyyətlərini;
  • sinifdənxaric və məktəbdənkənar işin təşkili üzrə hüquqi aktları;
  • informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını. 
  • İKT, MS Office və müasir təlim texnologiyalarını;
  • Təqdimat üsullarını;
  • eləcə də Azərbaycan dili (C2) Rus dili (B2)

Tələb olunan səriştəliklər:

  • Zamanın səmərəli idarəolunması,
  • Şagird ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə,
  • Oxu və riyazi savadlılıq,
  • Fəaliyyət sahəsinə uyğun peşəkar bacarıqlar
  • Kritik düşünmə,
  • Problem həll etmə,
  • Özünü motivə etmə və öyrənmə,
  • Ünsiyyət,
  • Emosional zəka (EQ),
  • Əməkdaşlıq,
  • Proaktivlik,
  • Təşkilatçılıq, 

Əsas vəzifə öhdəlikləri:

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də, "Təşkilatçı" kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiya, əsas dəyərləri və şagird profili ilə müəyyənləşdirilən xüsusiyyətlərə uyğun olaraq hərtərəfli formalaşmasını həyata keçirmək və potensial bacarıqları üzrə çıxarmaq məqsədi ilə Mərkəzdə şagirdlərin iştirakı ilə həyata keçirilən yaradıcılıq fəaliyyətlərin (gəzinti, ekskursiya, yarış, müsabiqə, tədbir, tamaşa, səhnəcik və s.) Hərtərəfli inkişaf fəaliyyətləri üzrə koordinator və müvafiq Akademik direktor müavinlərinin iştirakı ilə planlaşdırılmasını ("Fəaliyyət və tədbirlər planı"nın hazırlanması) və fəaliyyətlərin bütün mərhələləri üzrə koordinasiya işlərini (o cümlədən, resurslarla təminat, hazırlıq, iştirakçıların müəyyənləşdirilməsi və dəvət olunması) yerinə yetirilməsi və nəticələri ilə bağlı hesabatların hazırlanmasından ibarətdir.

İş təcrübəsi:

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də, “Təşkilatçı” vəzifəsini daşıyan şəxsdən 2 il müəllim kimi və ya təşkilatçılıq tələb edən işlərdə təcrübə tələb edilir.