VAKANSİYALAR

Tibb bacısı

"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC-də Tibb bacısı vəzifəsi üçün vakansiya mövcuddur.

İş rejimi: 08:30-17:30 (həftədə 40 saat)

Tələb olunan təhsil səviyyəsi:

  • XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Tibb bacısı” vəzifəsini daşıyan şəxsin ixtisas üzrə subbakalavr və ya peşə ixtisas təhsilinin olması tələb edilir.

Tələb olunan bilik və bacarıqlar:

  • Əmək, ailə qanunvericiliyini, səhiyyə sahəsinə aid qanunvericilik aktlarını;
  • Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını;
  • Uşaqlara göstərilən ilkin təcili tibbi yardımın, dərman yardımının müayinə prinsiplərini;
  • Sanitar-profilaktika qaydalarını;
  • MS Office proqramlarını;
  • Əmək qanunvericiliyinin müvafiq maddələrini.

Tələb olunan səriştəliklər:

  • Məsuliyyət və dürüstlük;
  • Ünsiyyət;
  • Əməkdaşlıq;
  • Səbirlilik;
  • Problem həll etmə;
  • Planlaşdırma və təşkil etmə;
  • Özünü motivə etmə və öyrənmə;
  • Ədalətlilik və cavabdehlik.

Əsas vəzifə öhdəlikləri:

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də , “Tibb bacısı” kimi çalışacaq şəxsin əsas funksiyası, Mərkəzin nəzdində fəaliyyət göstərən Məktəqədər təhsil müəssisəsi və ümumtəhsil məktəbində təhsil alan şagirdlərə xidmət göstərən tibb məntəqəsinin işinin icrasını təmin etməkdir. Tibb məntəqəsinə gələn şagird və işçilərə lazımi tibbi müdaxilələri etmək; Mərkəz üzrə şagirdlərin sağlamlıq vəziyyətini izləmək və lazımi tədbirlər görmək; təcili hallarda pediatrın təlimatlarına əsasən ilk tibbi müdaxiləni həyata keçirmək; əməkdaşların və təhsilalanların müvafiq qanunvericiliyə uyğun olaraq vaxtlı-vaxtında tibbi-müayinədən keçirilməsi işinin təşkilinə köməklik etmək; Tibb məntəqəsi üzrə qeydiyyat və sənədləşmə işlərinin səmərəli şəkildə təşkilinə köməklik etmək; bölmədəki tibbi avadanlıqları düzgün saxlayıb və istifadə etmək: təcili hallarda təlimata uyğun işləri icra etmək.

İş təcrübəsi:

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də, “Tibb bacısı” vəzifəsini daşıyan şəxsin oxşar vəzifədə 1 il iş təcrübəsinin olması tələb edilir.